Fransa Senatı fövqəladə vəziyyətin uzadılmasını dəstəklədi

  • 06.05.2020, 20:37,
  • Dünya
  • Baxılıb: 21
Fransa Senatı fövqəladə vəziyyətin uzadılmasını dəstəklədi












Fransa Senatı koronavirus ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin 10 iyul tarixinə qədər uzadılmasına dair qanun layihəsini təsdiqləyib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatası (Senat ) açıqlama yayıb: “5 may 2020-ci il Senat fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qanun layihəsinin lehinə 240 səs və 25 əleyhinə səs verərək dəyişikliyi qəbul edib”.

80 senatorun isə səsvermədə bitərəf qaldığı qeyd olunub.

Qanun layihəsi mayın 6-sı və 7-si Fransa Parlamentinin aşağı palatasında (Milli Məclis) müzakirə olunacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter