Ermənistanda daha 15 nəfər koronavirusdan öldü

  • 21.05.2020, 14:00,
  • Dünya
  • Baxılıb: 19
Ermənistanda daha 15 nəfər koronavirusdan öldü












Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 442 nəfər artaraq 8216-ə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, xəstəlik səbəbindən ölənlərin sayı daha 15 nəfər artaraq 113-ə çatıb. Ümumilikdə 3287 pasiyent müalicə olunaraq sağalıb. 4816 xəstənin müalicəsi davam etdirilir, 54 931 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter