Ceyhun Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
- 07.05.2025, 16:30,
- Siyasət
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in feysbuk hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycanla İraq arasında dostluq və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Həmçinin görüşdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi vurğulanıb.
Ceyhun Bayramov, həmçinin regionun münaqişədən sonrakı bərpası səyləri və sülh proqramı haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Hər iki tərəf də qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
