Jurnalist Ülviyyə Əli həbs olundu - Yenilənib
- 07.05.2025, 16:30,
- Kriminal
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Onun “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir.
****
“Meydan TV” işi üzrə aparılan istintaq çərçivəsində saxlanılan jurnalist Ülviyyə Əli (Quliyeva) məhkəməyə çıxarılıb.Xətai Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Əli barəsində 1 ay 29 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Meydan TV” işi ilə bağlı Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) həbs edilib.