Kənan Seyidovun təyinatı təsdiqləndi
- 03.08.2024, 15:30,
- Siyasət
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı.“Qanunyolutv.az” xəbər verir ki, Kənan Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya
iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub.
Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, 2014-cü ildən Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev olub.