Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri təyin edildi
- 23.07.2021, 19:00,
- Siyasət
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub."Qanunyolu.info.az"-ın məlumatına görə, bu təyinatlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin birinci müavini general-mayor Kənan Seyidovla bağlıdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olunub.
Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır. O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. Kənan Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.