Polkovnik Həziyev həbs olundu
- 24.07.2024, 17:30,
- Kriminal
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.“Qanunyolutv.az” Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Samir Həziyev Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.
Xatırladaq ki, Kərəm Mustafayev bu yaxınlarda müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsindən azad edilib.