Həbs olunan icra başçısı "kirayədə" yaşayırmış demiş amma....

  • 06.05.2020, 14:53,
  • Siyasət
  • Baxılıb: 35
Həbs olunan icra başçısı "kirayədə" yaşayırmış demiş amma....
Həbs olunan icra başçısı "kirayədə" yaşayırmış demiş amma....










05.05.2020-ci il tarixində DTX əməliyyatçıları İmişli Rayon İcra Hakimiyyəti binasına daxil olublar. Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyev əslində bir müddət öncə kirayə qalması barədə çıxışı ilə gündəm olmuşdu. Belə ki, ölkədə və xaricdə milyonluq villaları və sərvətləri olduğu iddia edilən icra başçısı cavab olaraq qeyd etmişdi ki, Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır.
Almaniyada yaşayan bloger Həbib Müntəzir "Facebook"da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia etmişdi.
1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısı idi.
Vilyam Hacıyevin yaxın qohumu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün onun həbsi barədə danışarkən bildirib ki, Vilyam Hacıyevi o vəzifəyə dövlət təyin edib, öz günahlarına görə də Vilyam özü cavab verəcək. Bundan başqa son günlər icra başçılarının DTX tərəfindən yoxlanılması və saxlanılmasına münasibət bildirən partiya rəhbəri qeyd edib ki, bu kimi qüvvələr ölkəni qarışdırmağa fürsət axtarırlar. “Təhlükənin özünə yaxınlaşdığını hiss edən qudurmuş məmurlar ölkədə çaxnaşma yarada bilərlər. Biz dövlətdə sabitliyi qorumaq üçün prezidentin yanında olmalıyıq”.-deyə o bəyan edib.
Həbs olunan icra başçısı "kirayədə" yaşayırmış demiş amma....









"Qanunyolu.info.az" xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb. Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir.
Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter