SON DƏQİQƏ: DTX BİH-nin binasına girdi, icra başçısı həbs edildi- GÖRÜNTÜ

SON DƏQİQƏ: DTX BİH-nin binasına girdi, icra başçısı həbs edildi- GÖRÜNTÜ













Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri – birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Elsevər Cəmil oğlu Həsənov, müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb. "Qanunyolu.info.az" əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.
Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.
SON DƏQİQƏ: DTX BİH-nin binasına girdi, icra başçısı həbs edildi- GÖRÜNTÜ
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter