Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sevindik Hətəmov növbəti video-konfrans keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sevindik Hətəmov  növbəti video-konfrans keçirmişdir.













"Qanunyolu.info.az" xəbər verir ki, may ayının 2-də 2020-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.

Konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır.
İcra başçısının apardığı konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) infeksiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus pandemiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin
“daim vətəndaşın yanında olun” , “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.

P.S. "Qanunyolu.info.az" Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmova və onun rəhbərlik etdiyi komandasına bu ağır gündə rayonda insanların bu xəstəliyə yoluxmaması üçün koronovirus (COVİD-19) pandemiyasına qarşı apardıqları tədbirləri dəstəkləyir, onlara uğurlar diləyirik.
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sevindik Hətəmov  növbəti video-konfrans keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sevindik Hətəmov  növbəti video-konfrans keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sevindik Hətəmov  növbəti video-konfrans keçirmişdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter