Zakir Həsənov israilli həmkarı ilə danışdı - Yenilənib

  • 20.11.2022, 17:30,
  • Siyasət
  • Baxılıb: 22
Zakir Həsənov israilli həmkarı ilə danışdı - Yenilənib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Zakir Həsənov təşəkkür edib.
****

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter