Ərdoğan İsrailin müdafiə naziri ilə görüşdü - Yenilənib + Foto
- 27.10.2022, 17:30,
- Dünya
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfər edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı İsrailin Türkiyədəki səfiri İrit Lillian öz rəsmi tviter hesabında paylaşıb.
“Ankaraya xoş gəlmisiniz, Benni Qantz. İsrail-Türkiyə əlaqələrini gücləndirəcək səmərəli danışıqları səbirsizliklə gözləyirik”, - deyə səfir paylaşımında qeyd edib.
14:47Ankarada Benni Qantz və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.Nazirlərin görüşündən sonra nümayəndə heyətləri arasında görüş başlayıb. Qeyd olunur ki, bu, Türkiyə ilə İsrail müdafiə nazirləri arasında 10 ildən uzun müddətdə baş tutan ilk görüşdür.
17:40Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin müdafiə nazirini qəbul edib.Görüşdə Hulusi Akar da iştirak edib.