Gədəbəyə yeni icra başçısı təyin edildi - Sərəncam
- 11.08.2022, 12:00,
- Siyasət
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Gədəbəy rayonunda icra başçısı vəzifəsini 2021-ci ilin oktyabr ayınadək İbrahim Mustafayev tutub. Həmin vaxt onun
vəzifədən azad edilməsindən sonra icra başçısı vəzifəsi vakant idi.