Prezident Nərimanova yeni icra başçısı təyin etdi
- 18.02.2022, 11:00,
- Siyasət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Nərimanov RİH-nin keçmiş başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin yanvarın 19-u vəzifəsindən azad edilərək Abşeron RİH-yə rəhbər təyin edilib.