Mirhəsən Seyidov icra başçısı oldu - Sərəncam

  • 08.03.2020, 19:17,
  • Siyasət
  • Baxılıb: 21
Mirhəsən Seyidov icra başçısı oldu - Sərəncam












Neftçala rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin olunub.
Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, M. Seyidov “İrəli” İctimai Birliyinin sədridir.
Xatırladaq ki, Neftçalanın başçısı İsmayıl Vəliyev ötən ay Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək aldığı bildirilib.
Fevralın 20-də isə prezident İlham Əliyev onun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib.
Bizdə "Qanunyolu.info.az" xəbər portalının kollektivi adından Neftçala İcra Başçısı Mirhəsən Seyidova işlərində yeni-yeni ugurlar və müvəffəqiyyətlər arzulayırıq.Fürsətdən istifadə esdərək Mirhəsən müəllimi Novruz bayramı münasibətilə də təbrik edib,ona və ailəsinə həyatda sevinc dolu günlər,xoşbəxt ömür arzulayırıq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter