Ceyhun Bayramov ATƏT sədri və İƏT-in Baş katibi ilə görüşdü
- 11.03.2022, 15:00,
- Siyasət
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb."Qanunyolu.info.az" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri arasında da görüş keçirilib.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
