Bayramovla Çavuşoğlu Belqradda görüşdü - Foto
- 11.10.2021, 15:00,
- Siyasət
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu Belqradda görüşüblər.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Çavuşoğlu öz tviter hesabında məlumat verib.
“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - deyə M. Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.
****
Azərbaycan XİN də görüşlə bağlı açıqlama yayıb. Bildirilir ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü baş tutub.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
