Qısqanclıq zəminində həmyerlisini bıçaqladı, atasını öldürdü - Yenilənib
- 15.04.2021, 09:10,
- Kriminal
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. “Qanunyolu.info.az” xəbər verir ki, hadisə aprelin 14-də, axşam saat 10 radələrində rayonun Qarazəncir kəndində qeydə alınıb.
Rayonun Günəşli kənd sakini olan 40-45 yaşlarında Ragin Niftullayev Ağayev Ceyhun Əliyev adlı şəxsi və onun atası Cabir Əliyevi bıçaqlayıb. Hadisə nəticəsində Cabir Əliyev vəfat edib, oğlu Ceyhun Əliyevin isə vəziyyəti ağırdır.
İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib. Belə ki, R.Niftullayev həyat yoldaşının Ceyhun Əliyevlə münasibətlərindən şübhələnib. Bundan sonra onun yaşadığı evə gəlib. Onu Ceyhunun atası Cabir Əliyev qarşılayıb. Ragin özü ilə gətirdiyi bıçaqla Cabir Əliyevi ürəyindən vurub, daha sonra onun oğlu Ceyhunu da sinə, qol və ayaq nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
****
"Qanunyolu.info.az" xəbər verir ki, Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
