29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - Video

  • 03.06.2025, 16:30,
  • Kriminal
  • Baxılıb: 6
29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - Video

Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

“Qanunyolutv.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter