26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu

26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) “Dark Diamond” restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.

Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.

Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.

Daha sonra V.Nəcəfova Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə təqsirləndirilən şəxs F.Adıyevlə küçədə arasında mübahisə yarandığını, müdafiə mövqeyi sərgilədiyini, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etdiyini bildirərək özünü qismən təqsirli bilib.

Məhkəmə 26 yaşlı qızı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Ona 4 sutka inzibati həbs verilib və müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonundakı “Sherlock Music pub” restoranında da baş vermiş və həmin hadisəyə görə 38 yaşlı qadın 5 sutkalıq həbs olunmuşdu.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter