Ahıl qadının əl-ayağını bağlayıb qızıllarını aldılar
- 15.04.2021, 14:50,
- Kriminal
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
İki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə gecə saatlarında daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
