Qonaq getdiyi evdən 10 min oğurlayan qadın saxlanıldı
- 26.05.2020, 09:50,
- Kriminal
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl zinət əşyaları oğurlayan rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, Astara şəhər sakini T. Ağayev polisə müraciət edərək evindən 10 000 manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.