"Qanuni oğru" Əli Heydərov niyə öldürüldü? - İki versiya açıqlandı-VİDEO

  • 12.04.2021, 18:40,
  • Kriminal
  • Baxılıb: 34
"Qanuni oğru" Əli Heydərov niyə öldürüldü? - İki versiya açıqlandı-VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan "Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib.

“Qanunyolu.info.az” Rusiya mediasına istinadən xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. "Albert Rıjiy"ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.
"Qanuni oğru" Əli Heydərov niyə öldürüldü? - İki versiya açıqlandı-VİDEO

"Qanunyolu.info.az xəbər verir ki, azərbaycanlı kriminal avtoritetin qətli ilə əlaqədar müstəntiqlər iki versiyanı nəzərdən keçirir. İlkin versiyaya görə, "Albert Rıjiy”ı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqələrinə görə ondan intiqam almaq məqsədilə öldürə bilərlər.

"Digər tərəfdən, "Albert Rıjiy”ı digər kriminal avtoritet "Lotu Quli”nin (Nadir Səlifov) gizli sifarişçisi hesab edə bilərlər. Hər iki "qanuni oğru” "Ded Xasan”ın (Aslan Usoyan) ölümündən sonra onun şəriki sayılmaq hüququ uğrunda bir-biri ilə düşmənçilik edirdilər. Bu düşmənçilik Səlifovun ölümündən sonra da səngimədi”, - deyə nəşrdə qeyd olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter