Xüsusi icazə alıb oğurluq etdilər - Fotolar

  • 04.07.2020, 15:05,
  • Kriminal
  • Baxılıb: 23
Xüsusi icazə alıb oğurluq etdilər - Fotolar












Quba rayonunda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.

Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Xüsusi icazə alıb oğurluq etdilər - Fotolar
Xüsusi icazə alıb oğurluq etdilər - Fotolar
Xüsusi icazə alıb oğurluq etdilər - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter