İstixanasında narkotik əkib-becərdi - Foto

  • 21.03.2021, 13:10,
  • Kriminal
  • Baxılıb: 32
İstixanasında narkotik əkib-becərdi - Foto

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
İstixanasında narkotik əkib-becərdi - Foto

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter