Qazinin evindən oğurluq edənlər tutuldu

  • 26.12.2020, 12:00,
  • Kriminal
  • Baxılıb: 57
Qazinin evindən oğurluq edənlər tutuldu

Lənkəranda Vətən müharibəsi qazisinin yaşadığı mənzildən məişət avadanlıqları və qızıl zinət əşyaları oğurlayan rayon sakinləri saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, Vətən Müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçu müalicə aldığı müddətdə Lənkəran şəhəri ərazisində kirayə yaşadığı mənzilindən ümumilikdə 1250 manat dəyərində 1 ədəd televizor, müxtəlif qızıl-zinət əşyaları, məişət avadanlıqları və 2 ədəd xalçanın oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran şəhər sakini Rövşən Mirzəyev və rayonun Darquba kənd sakini Elçin Məmmədov olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qazinin evindən oğurluq edənlər tutuldu

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter