Ötənilki cinayətin üstü açıldı

  • 08.03.2021, 10:40,
  • Kriminal
  • Baxılıb: 33
Ötənilki cinayətin üstü açıldı

Xızıda ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.

DİN-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq, istintaqa təqdim olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Ceyhun Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ötənilki cinayətin üstü açıldı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter