“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb

  • 04.12.2020, 09:35,
  • Kriminal
  • Baxılıb: 31
“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb

“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarılan bir Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, İstanbul polisinin Asayiş Şöbə Müdirliyi tərəfindən aparılan əməliyyat zamanı dələduzluqda ittiham olunan 33 yaşlı Sadiq M. toxuculuq müəssisəsində tapılıb.

3.5 il əvvəl Azərbaycandan Türkiyəyə gedən və orada qeyri-qanuni işləyən Sadiq. M.-nin Azərbaycanda da qəsdən adam öldürmə cinayəti ilə axtarışda olduğu müəyyənləşib.

Polisdəki prosedurları tamamlanan şəxs Azərbaycana qayıtma prosesi çərçivəsində ədliyyəyə sövq edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter