Qubadlı sakini Cəbrayılda saxlanıldı

  • 18.11.2020, 13:50,
  • Kriminal
  • Baxılıb: 37
Qubadlı sakini Cəbrayılda saxlanıldı

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, hadisə noyabrın 15-də saat 17 radələrində qeydə alınıb.

Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb. R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter