Ekstremist qruplaşmanın rəhbəri Dağlıq Qarabağa vuruşmağa yola düşüb
- 31.10.2020, 07:40,
- Kriminal
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.
“Kalaşnikov” avtomatı ilə hərbi formada şəklini paylaşan Mark de Kakkere ona "İstiqamət: cəbhə” şərhini verib. Bundan başqa, o, yerli hakimiyyət orqanları ilə (ermənilərlə-red.) birlikdə “xarici könüllülər briqadası” yaratmağa hazır olduğunu bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. Mark de Kakkere, həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.