“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN

  • 14.10.2020, 10:00,
  • Dünya
  • Baxılıb: 12
“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN

“1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Lö Drian Fransa parlamentində çıxışı zamanı ermənipərəst millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışlarına cavab olaraq bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Lö Drian, “İki ölkədən birini dəstəkləsək, qanuni hərəkət etmərik”,- deyə qeyd edib.

O, ölkəsinin Azərbaycanla uzunmüddətli əlaqələrinin olduğunu da sözlərinə əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter