Sərhəd pozuçularından 20 kq narkotik götürüldü - Foto
- 05.09.2020, 11:00,
- Kriminal
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində iki nəfərin dövlət sərhədini pozması müşahidə olunub.DSX-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, sərhəd zastavası “həyəcan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib, nəticədə sərhəd pozucularından biri, Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.
Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
