Maşın oğrusu tutuldu - Foto

  • 08.08.2020, 13:25,
  • Kriminal
  • Baxılıb: 17
Maşın oğrusu tutuldu - Foto

Quba rayon sakini Sərxan Məmmədov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən xəbərə istinadən, RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.
Maşın oğrusu tutuldu - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter