3 minlik mal-qara oğurlayanlar saxlanıldı
- 29.07.2020, 09:30,
- Kriminal
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
İyul ayı ərzində Beyləqan rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, iyul ayında bir qrup rayon sakini müvafiq polis şöbəsinə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.
Bundan başqa keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb. Araşdırmalarla onun 6 baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.
Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.
