Direktorun meyiti işlədiyi məktəbdən tapıldı
- 29.12.2024, 12:00,
- Kriminal / Təhsil
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə Xızı şəhər tam orta məktəbdə qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədilə çıxdığı bildirilib.
Lakin bu gün səhər saatlarında direktorun meyiti işlədiyi məktəbdə tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
****
"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən cavab olaraq faktı təsdiqləyiblər.Bildirilib ki, Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov bu gün səhər saatlarında vəfat edib:
“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”.