Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
- 25.09.2026, 12:00,
- Kriminal
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb.“Qanunyolutv.az” Unikal-a istinadən xəbər verir ki, yoxlama zamanı gömrük orqanına bəyan edilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mühərriklərin həcminin düzgün hesablanmadığı müəyyənləşib.
Nəticədə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov ekspert-auditoru Babək İsa oğlu Nəsibovu vəzifəsindən azad edib.Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı
Mehdi Qadir oğlu Rüstəmova, gömrük xidməti mayoru
Qasımbala Məmmədəğa oğlu Tağıyevə, böyük inspektor, gömrük xidməti baş leytenantı
Cavid Hikmət oğlu İbrahimliyə və inspektor, gömrük xidməti mayoru
Füzuli Səroj oğlu İbrahimova xəbərdarlıq edilib.
“Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsinin ekspert-auditoru
Rəfail Təvəkkül oğlu Ələkbərov intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovdur.****
Manset.az-ın məlumatına görə, xəbərdarlıq edilən Mehdi Rüstəmov Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun oğludur.
