Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən ayrıldı - Yenilənib

Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən ayrıldı - Yenilənib

Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb. 

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, o, bu gün ərizə yazaraq işdən çıxıb. 

Fərid Əliyev başqa dövlət qurumuna yüksək vəzifəyə gedib.

Gömrük Komitəsindən saytımıza məlumatı təsdiqləyiblər. 

Qeyd edək ki, Fərid Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var. 
****

Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyev yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərilib.

Qeyd edək ki, Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. O, 2022-ci ilin yanvarından bu vəzifədə idi.
Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən ayrıldı - Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter