Gültəkin Sadıqova həbsdə qaldı
- 11.10.2025, 14:00,
- Kriminal
Baxılıb: 57
Facebook
Вконтакте
Одноклассники
Google+
Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.
Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəsisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da rədd qərarı
verilmişdi.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı
İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Gültəkin Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib.