ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu
- 06.09.2025, 14:30,
- Kriminal / Hadisə
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib. Samir Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.
Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.Fotoda: Mustafa Qasımov
