Ata və oğlunun öldüyü hadisə ilə bağlı - Hökm oxundu
- 18.09.2024, 16:30,
- Xəbər / Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.“Qanunyolutv.az” xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonr Həsən Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi “Mercedes C180” markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü isə xəsarət alıb.
Ölən ata və oğul yolda Həsənli Həsənin maşınına minib və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.