ANAMA əməkdaşı minaya düşdü
- 06.08.2021, 09:40,
- Hadisə / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
ANAMA-nın əməkdaşı minaya düşüb.“Qanunyolu.info.az”-ın Trend-ə istinadən xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Uzun Dərə adlı ərazisində baş verib.
Ağdama çəkiləcək yeni yolu minalardan təmizləyən Fərid Əliyev adlı minatəmizləyən aldığı müxtəlif yaralarla xəstəxanaya aparılır.
****
Ağdam rayon prokurorluğu hadisə ilə bağlı rəsmi məlumat yayıb:Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
****
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb: "2021-ci il 6 avqust tarixində Agentliyin əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.
Nəticədə, Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almamışdır. Hal-hazırda tibbi müayindən keçirilir.
İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq".
