ANAMA-nın əməkdaşı minaya düşdü - Yenilənib

ANAMA-nın əməkdaşı minaya düşdü - Yenilənib

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı hadisəsi baş verib.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iyunun 17-də Agentliyin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub: “Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
****

Cəbrayıl Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, iyunun 17-si saat 9:00 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
****

ANAMA Cəbrayıl rayonu ərazisində baş vermiş mina partlayışı hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

Bildirilir ki, iyunun 17-si Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter