Adəm Məmmədovun vəkilliyinə xitam verildi - Yenilənib
- 20.08.2025, 16:30,
- Kriminal
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.
****
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, vəkillik fəaliyyətinə xitam verilən
Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin
qərarı ilə hökm qanuni qüvvəyə minib.