Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu - Foto
- 24.12.2021, 15:40,
- Siyasət
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.“Qanunyolu.info.az”-ın əldə etdiyi məlumata görə, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.
Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.
Həmin hakimlərin adlarını təqdim edirik:1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi
3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimiBundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.