Alimpaşa Məmmədova hökm oxundu

  • 24.06.2024, 11:30,
  • Kriminal
  • Baxılıb: 8
Alimpaşa Məmmədova hökm oxundu

Korrupsiya cinayətinə görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son sözündə içəridə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn Alimpaşa Məmmədov 3 il 2 aydır həbsdədir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter