Alimpaşa Məmmədovun istintaqı yeniləndi.

  • 31.10.2023, 16:00,
  • Kriminal
  • Baxılıb: 2
Alimpaşa Məmmədovun istintaqı yeniləndi.

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

“Qanunyolutv.az”-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsini istəyib.

Alimpaşa Məmmədov mülki iddiaçının vəsatətinə etiraz etməyib: “Məhkəmə kollegiyası nə qərar qəbul etsə, razıyam”.

Vəsatət təmin edilərək məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edilib.

Proses dekabrın 5-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter