Xose Bernardonu bıçaqlayan şəxs məhkəmə qarşısında

  • 07.05.2020, 20:11,
  • Kriminal
  • Baxılıb: 24
Xose Bernardonu bıçaqlayan şəxs məhkəmə qarşısında












“ANS” televiziyasının keçmiş aparıcısı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun məhkəməsi başlayır.

"Qanunyoluşinfoşaz", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, artıq bununla bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəməyə sədrlik hakim Eldar İsmayılova həvalə olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Pirallahı rayonunda yerləşən restoranların birində baş verib.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov mübahisə zəminində tanışları - 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç və 1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb. Sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo əməliyyat olunub və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter