Xose ilə qardaşının bıçaqlanması ilə bağlı - Nazirlikdən açıqlama

  • 11.11.2019, 19:09,
  • Kriminal
  • Baxılıb: 15
Xose ilə qardaşının bıçaqlanması ilə bağlı - Nazirlikdən açıqlama
Bakının Pirallahı rayonunda restoranların birində baş vermiş bıçaqlanma hadisəsində yaralılardan biri aparıcı - 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç, digəri onun qardaşı - 1988-ci il təvəllüdlü Rafael Hüseynov olub.

Səhiyyə Nazirliyindən yaralıların vəziyyəti ilə bağlı Qanunyolu.info.az “Qafqazinfo” ya istinadən daxil olan məlumatda deyilir:

“Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 31 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter