Sevgilisinin şikayəti ilə 9 il həbs cəzası verilən qadın - Bəraət aldı
- 24.08.2023, 11:00,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək 9 il həbs cəzası verilmiş Sevinc Bədəlovanın şikayəti üzrə məhkəmə prosesi başa çatıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə tərəflər yenidən dindirilib, dəlil və sübutlar təkrar gözdən keçirilib.
Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin hökmü işin faktiki halları ilə ziddiyyət təşkil edir.
Qərara əsasən Sevinc Bədəlovanın təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.Fotoda: Hakim Elbəy AllahverdiyevQeyd edək ki, Sevinc Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.
O, Aydın Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-2019-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. Aydın Məmmədov dövlət qurumunda, Sevinc Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.
Sevinc Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
