İntihara cəhd edən həkimin müdiri bəraət aldı
- 11.07.2023, 22:00,
- Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun “kliniki-diaqonstika laboratoriyası" şöbəsinin müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Aynur Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz aldandırıb:
“Nuriyyə Səlimova ittiham irəli sürür ki, dələduzluqla bağlı ona qarşı əməllərim olub və ifşa edilib. Onun bu məlumatı fikir olaraq deyil, ittihamedici fakt kimi irəli sürdüyü aydındır. Odur ki, həmin faktı sübut etmək iddia edənin üzərinə düşür. Nuriyyə Səlimova barəmdə təhqir və böhtan xaraketli məlumatlar yaydığı üçün cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır”.
Nuriyyə Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib: “Aynur Əsədlinin mənim dövlət büdcəsini mənimsəməyimlə bağlı səsləndirdiyi iddialarına görə, xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdim. Aynur Əsədlinin barəmdə səsləndirdiyi şər-böhtan xarakterli fikirlərə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Aynur Əsədli ailəmi, məni və karyeramı nüfuzdan salmaq üçün bugünkü günə qədər hər bir çirkin əmələ əl atıb”.
Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, bir müddət əvvəl Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.
